ABŞ-da baş vermiş atışmalarda 6 nəfər yaralanıb

ABŞ-da baş vermiş atışmalarda 6 nəfər yaralanıb Yaralıların həyatı üçün təhlükənin olmadığı bildirilir
Digər ölkələr
24 Fevral , 2017 08:36
ABŞ-da baş vermiş atışmalarda 6 nəfər yaralanıb

Bakı. 24 fevral. REPORT.AZ/ ABŞ-da baş vermiş atışmada hüquq-mühafizə orqanlarının iki əməkdaşı yaralanıb.

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi xəbər verib.

Məlumatda bildirilir ki, hadisə Vaşinqtonun şimal-şərqində qeydə alınıb. "Fox-5" yerli telekanalı bir şübhəli şəxsin güllələnməsi haqda xəbər yayıb.

Telekanal həmçinin ölkənin cənub-şərqində də daha 3 atışmanın baş verdiyini bildirib. Məlumata görə, həmin atışmalar nəticəsində azı 4 nəfər yaralanıb. Yaralıların həyatı üçün təhlükənin olmadığı bildirilir.

Hadisənin təfərrüatı ilə bağlı ətraflı məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi