Bakı. 25 dekabr. REPORT.AZ/ ABŞ-da atışma baş verib.
"Report" xəbər verir ki, bu barədə "ABC" teleşirkəti məlumat yayıb.
Məlumata görə, hadisə Şimali Karolina ştatının Uilson şəhərində qeydə alınıb. İlkin xəbərdə bildirilir ki, insident küçədə baş verib.
Hadisə zamanı 4 nəfər həlak olub. Hələlik insidentlə bağlı ətraflı məlumat verilmir.