ABŞ-da baş verən atışmada beş nəfər öldü

ABŞ-da baş verən atışmada beş nəfər öldü ABŞ-ın Viskonsin ştatında baş verən silahlı insident zamanı beş nəfər qətlə yetirilib.
Digər ölkələr
222
27 Aprel , 2020 23:46
ABŞ-da baş verən atışmada beş nəfər öldü

ABŞ-ın Viskonsin ştatında baş verən silahlı insident zamanı beş nəfər qətlə yetirilib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “CBS” məlumat yayıb.

Qeyd olunub ki, ölən şəxslərin yaşı 14 ilə 41 arasındadır. Onların meyiti Milukoni şəhərindəki evlərin birində aşkarlanıb.

Polis atışmanın baş verməsi haqqında məlumat daxil olandan sonra həmin ərazidə yerləşən bir neçə küçəyə giriş və çıxışı bağlayıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Hadisənin motivi haqqında hələ məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi