ABŞ-da baş verən atışmada 6 nəfər yaralanıb.
Bu barədə "Report"
Qeyd edilir ki, hadisə ölkənin şimalındakı Pensilvaniya ştatının Filadelfiya şəhərində qeydə alınıb.
Polisin məlumatına görə, naməlum şəxs ətrafdakılara atəş açıb. Nəticədə 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Hüquq-mühafizə orqanları xəsarət alanların vəziyyəti barədə məlumat vermirlər.
Polis hələlik cinayətkarı yaxalaya bilməyib.