ABŞ-da avtomobil yüksək sürətlə supermarketə girib, 3 nəfər ölüb

ABŞ-da avtomobil yüksək sürətlə supermarketə girib, 3 nəfər ölüb İki nəfər isə xəsarət alıb
Digər ölkələr
2 Dekabr , 2016 00:32
ABŞ-da avtomobil yüksək sürətlə supermarketə girib, 3 nəfər ölüb

Bakı. 2 dekabr. REPORT.AZ/ Amerikanın Pella şəhərində (Ayova ştatı) minik avtomobilinin yüksək sürətlə supermarketə girməsi nəticəsində ən azı 3 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Avtomobilin sürücüsü sağ qalıb.

"Report" xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

İnsident "Walmart" pərakəndə satış şəbəkəsinin univermağında baş verib. Müştərilər dərhal təxliyə edilib, hadisə yerinə polis və həkimlər cəlb olunub. Polis hadisənin qəsdən deyil, təsadüfən baş verdiyini ehtimal edir.

Son xəbərlər

Orphus sistemi