ABŞ-da avtomobil dayanacağında atışma nəticəsində 3 nəfər ölüb

ABŞ-da avtomobil dayanacağında atışma nəticəsində 3 nəfər ölüb ABŞ-ın Missuri ştatının Kanzas Siti şəhərində avtomobil dayanacağında atışma olub. Nəticədə azı 3 nəfər ölüb, 5 nəfər yaralanıb.
Digər ölkələr
25 iyun 2023 16:42
ABŞ-da avtomobil dayanacağında atışma nəticəsində 3 nəfər ölüb

ABŞ-ın Missuri ştatının Kanzas Siti şəhərində avtomobil dayanacağında atışma olub. Nəticədə azı 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə ABC telekanalı dairə şerifinin departamentinə istinadən məlumat yayıb.

Məlumata görə, atışma yerli vaxtla saat 04:30 radələrində baş verib. Zərərçəkənlər həyati təhlükəsi olmayan xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Saxlanılanlar barədə məlumat verilməyib. Atışmanın motivi də açıqlanmır.

Son xəbərlər

Orphus sistemi