Bakı. 1 noyabr. REPORT.AZ/ ABŞ-ın Florida ştatının Tampa şəhərində sürücü avtomobilini yüksək sürətlə məktəb avtobusunun dayanacağına sürüb.
“Report” “ABC News”ə istinadən xəbər verir ki, nəticədə dayanacaqda avtobus gözləyən beş nəfər, o cümlədən üç azyaşlı xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır. Sürücü polis tərəfindən saxlanılıb.