ABŞ-ın Baltimor şəhərində baş verən atışmada ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB

ABŞ-ın Baltimor şəhərində baş verən atışmada ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB Daha bir yaralı qadın isə xəstəxanaya yerləşdirilib
Digər ölkələr
8 İyul , 2015 11:28
ABŞ-ın Baltimor şəhərində baş verən atışmada ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB

Bakı. 8 iyul. REPORT.AZ/ ABŞ-ın Merilend ştatının Baltimor şəhərində baş verən atışma nəticəsində ölənlərin sayı 3-ə çatıb.

"Report" xəbər verir ki, bu haqda "Associated Press" məlumat yayıb.

Xəbərə görə, ölənlərdən ikisi kişi, biri qadındır. Daha bir yaralı qadın isə xəstəxanaya yerləşdirlib.

*** 09:55

ABŞ-ın Merilend ştatının Baltimor şəhərində baş verən atışma nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda yerli polis məlumat yayıb.

Xəbərə görə, gecəyarısı Merilend Universitetinin yataqxanasının həyətinə iki avtomobil gəlib. Onlardan birindən düşən naməlum şəxs avtomatik silahdan küçədən keçənlərə atəş açmağa başlayıb. Bir nəfər aldığı güllə yarasından hadisə yerindəcə həyatını itirib, ağır yaralanmış 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Polis hadisə ilə bağlı araşdırma aparır. 

Son xəbərlər

Orphus sistemi