Bakı. 10 mart. REPORT.AZ/ ABŞ-ın Pensilvaniya ştatında baş verən atışma nəticəsində 5 nəfər ölüb.
"Report" "New York Daily News"a istinadən xəbər verir ki, ilkin məlumata əsasən, 3 nəfər yaralanıb.
Şahidlər 25 dəfə atəş açıldığını, hadisə yerindən isə çoxlu sayda giliz aşkarlandığını söyləyiblər.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
