ABŞ-da atışma zamanı azyaşlılar da olmaqla 9 nəfər yaralanıb

ABŞ-da atışma zamanı azyaşlılar da olmaqla 9 nəfər yaralanıb ABŞ-ın Florida ştatında atışma zamanı azyaşlılar da daxil olmaqla 9 nəfər yaralanıb.
Digər ölkələr
30 May , 2023 08:31
ABŞ-da atışma zamanı azyaşlılar da olmaqla 9 nəfər yaralanıb

ABŞ-ın Florida ştatında atışma zamanı aralarında azyaşlılar da daxil olmaqla 9 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə bazar ertəsi NPR məlumat yayıb.

Qeyd edilir ki, atışma Hollivud şəhərində baş verib. Silahlı insidentin iki qruplaşma arasında yaranan mübahisə zəminində baş verdiyi ehtimal olunur.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən bir nəfəri saxlayıb, ikinci şübhəli isə axtarışdadır.

Memorial Səhiyyə Sisteminin nümayəndəsi Yanet Obarrio Sançezin sözlərinə görə, doqquz zərərçəkən arasında altı böyük və üç uşaq var. O, bildirib ki, xəsarət alanların hamısının vəziyyəti sabitdir.

Son xəbərlər

Orphus sistemi