ABŞ-da atışma olub, ölənlər və yaralananlar var

ABŞ-da atışma olub, ölənlər və yaralananlar var ABŞ-ın Kaliforniya ştatında Hellouin şənliyi zamanı açılan atəş nəticəsində ən azı 2 nəfər ölüb, daha 5 nəfər yaralanıb.
Digər ölkələr
31 Oktyabr , 2021 04:02
ABŞ-da atışma olub, ölənlər və yaralananlar var

ABŞ-ın Kaliforniya ştatında Hellouin şənliyi zamanı açılan atəş nəticəsində ən azı 2 nəfər ölüb, daha 5 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə şənbə günü “Fox News” Sakramento dairəsinin şerif ofisinə istinadən məlumat yayıb.

Məlumata görə, insident yüzlərlə insanın iştirakı ilə keçirilən şənlik zamanı baş verib. İki nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib. Daha 1 nəfər ağır, lakin sabit vəziyyətdə xəstəxanaya çatdırılıb. Bundan əvvəl 4 nəfər də güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Telekanalın məlumatına görə, onların da vəziyyəti ağır, ancaq sabit qiymətləndirilir.

Polis hadisənin başvermə şəraitini araşdırır.

Son xəbərlər

Orphus sistemi