ABŞ-da atışma zamanı 5 nəfər ölü

ABŞ-da atışma zamanı 5 nəfər ölü Bakı. 27 yanvar. REPORT.AZ/ ABŞ-ın Luiziana ştatında atışma nəticəsində 5 nəfər ölüb.
Digər ölkələr
2801
27 Yanvar , 2019 06:34
ABŞ-da atışma zamanı 5 nəfər ölü

Bakı. 27 yanvar. REPORT.AZ/ ABŞ-ın Luiziana ştatında atışma nəticəsində 5 nəfər ölüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilir ki, şənbə günü səhər Yeni Orleandan qərbdə iki yerdə atışma qeydə alınıb.

Livinqston dairəsində silahlı insident nəticəsində 3 nəfər, Asensyon dairəsində 2 nəfər öldürülüb. Polis bu iki hadisənin bir-biri ilə əlaqəli olduğunu güman edir.

Şübhəli bilinən 21 yaşlı şəxs azadlıqdadır, o silahlı və təhlükəlidir, onu polis axtarır.

Son xəbərlər

Orphus sistemi