ABŞ-da atışma səbəbindən hava limanı bağlanıb

ABŞ-da atışma səbəbindən hava limanı bağlanıb İnsident Oklahoma ştatında baş verib
Digər ölkələr
16 Noyabr , 2016 00:22
ABŞ-da atışma səbəbindən hava limanı bağlanıb

Bakı. 16 noyabr. REPORT.AZ/ ABŞ-ın cənubunda yerləşən Oklahoma ştatında Uill Rocers adına hava limanı atışma nəticəsində bağlanıb.

"Report" xəbər verir ki, bu barədə ştat polisinin "Twitter" mikrobloqunda məlumat yerləşdirilib.

"Biz hazırda Uill Rocers aeroportunu bağlamışıq. Əgər siz hava limanındasınızsa, növbəti sərəncama qədər özünüzə sığınacaq tapın", — deyə məlumatda bildirilir.

İnsidentin detalları barədə məlumat hələ ki, yoxdur.

Son xəbərlər

Orphus sistemi