ABŞ-da atışma olub, xəsarət alanlar var

ABŞ-da atışma olub, xəsarət alanlar var Bakı. 2 yanvar. REPORT.AZ/ ABŞ-ın Tennesi ştatında atışma olub.
Digər ölkələr
2 Yanvar , 2018 03:36
ABŞ-da atışma olub, xəsarət alanlar var

Bakı. 2 yanvar. REPORT.AZ/ ABŞ-ın Tennesi ştatında atışma olub.

"Report" xəbər verir ki, bu barədə "WREG-TV" telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Nyubern şəhərində, gecə klubunda qeydə alınıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, klubda odlu silahdan istifadə etməklə dava olub. Silahlı insident zamanı klubun 1 müştərisi və 2 polis əməkdaşı yaralanıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib. Yerli polis şerifinin ofisinin məlumatına görə, yaralı polislərin vəziyyəti sabitdir. 

Hadisə ilə əlaqədar bir nəfər saxlanılıb, daha 2 nəfərin axtarışı davam edir.

Son xəbərlər

Orphus sistemi