ABŞ-da atışma zamanı 1 nəfər yaralanıb

ABŞ-da atışma zamanı 1 nəfər yaralanıb ABŞ-ın Nyu-York şəhərində silahlı insident zamanı 1 nəfər yaralanıb.
Digər ölkələr
28 İyun , 2021 02:43
ABŞ-da atışma zamanı 1 nəfər yaralanıb

ABŞ-ın Nyu-York şəhərində silahlı insident zamanı 1 nəfər yaralanıb.

“Report”un məlumatına görə, bu barədə polisdəki mənbələrə istinadən “New York Post” qəzeti bildirib.

Nəşr qeyd edib ki, hadisə zərərçəkən şəxsin ailəsi ilə Nyu-Yorkun mərkəzində, Tayms-skverdə yerləşən "Mariott" mehmanxanasının yanından gedən vaxt olub. Bu zaman ona güllə dəyib.

Yaralı xəstəxanaya çatdırılıb, onun səhhəti barədə məlumat verilmir. Qəzet qeyd edib ki, həmin şəxs insident zamanı təsadüfən yoldan keçirmiş, o, atışmada iştirak etməyib.

Polis əməkdaşları silahlı insidentdə iştirak edən iki nəfəri axtarır.

Son xəbərlər

Orphus sistemi