ABŞ-da atışma olub, ölənlər və xəsarət alanlar var

ABŞ-da atışma olub, ölənlər və xəsarət alanlar var ABŞ-ın Çikaqo şəhərində silahlı insident olub.
Digər ölkələr
5 İyul , 2020 22:33
ABŞ-da atışma olub, ölənlər və xəsarət alanlar var

ABŞ-ın Çikaqo şəhərində silahlı insident olub.

"Report" xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

Məlumata görə, naməlum şəxslərin açdığı atəş nəticəsində dörd nəfər həlak olub, daha dörd nəfər yaralanıb.

ABŞ-ın asayiş keşikçilərinin məlumatına görə, iki nəfər hadisə yerində həlak olub, daha iki nəfər isə yerləşdirildikləri xəstəxananın reanimasiya şöbəsində ölüb. Öldürülənlər arasında 14 yaşlı yeniyetmə də var.

Polis şəhərdə yaxalama əməliyyat planını elan edib, ancaq cinayətkarları yaxalamaq hələ mümkün olmayıb.

Hadisənin təfərrüatları açıqlanmır.

Son xəbərlər

Orphus sistemi