ABŞ-ın Arizona ştatında atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Arizona ştatında atışma olub, ölən və yaralananlar var ABŞ-da atışma olub.
Digər ölkələr
24 Dekabr , 2019 03:18
ABŞ-ın Arizona ştatında atışma olub, ölən və yaralananlar var

ABŞ-da atışma olub.

"Report" xəbər verir ki, bu barədə "Fox News" telekanalı bildirib.

Qeyd edilir ki, hadisə Arizona ştatının Finiks şəhərində qeydə alınıb.

Ticarət mərkəzinin yaxınlığında naməlum şəxs atəş açaraq iki nəfəri yaralayıb. Cinayətkar hadisə yerinə gələn polis əməkdaşı tərəfindən güllələnib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətkar ətrafdakıları odlu silahla hədələyərək, avtomobil oğurlayıb. Silahlı şəxs yolda ona mane olmağa çalışan 1 nəfəri, həmçinin başqa nəqliyyat vasitəsinin sürücüsünü yaralayıb.

Asayiş keşikçilərindən gizlənməyə çalışan cinayətkar qaçırdığı nəqliyyat vasitəsini polis avtomobilinə çırpıb. O, asayiş keşikçilərinin açdığı atəş nəticəsində ölüb.

Silahlı şəxsin xəsarət yetirdiyi yaralılar xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi