ABŞ-da atışma olub, bir polis zabiti ölüb, biri yaralanıb

ABŞ-da atışma olub, bir polis zabiti ölüb, biri yaralanıb ABŞ prezidenti Donald Tramp hadisə ilə bağlı başsağlığı verib
Digər ölkələr
19 Avqust , 2017 13:39
ABŞ-da atışma olub, bir polis zabiti ölüb, biri yaralanıb

Bakı. 19 avqust. REPORT.AZ/ ABŞ-ın Florida ştatının Kissimmi şəhərində atışma nəticəsində bir polis zabiti ölüb, biri yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

“Zabit Mettyu Bakster aldığı güllə yarasından ölüb, zabit Sem Horvard isə ağır yaralı vəziyyətdədir”, - Kissimmi polis idarəsi “Twitter” səhifəsində yazıb.

Hadisə gecə saatlarında baş verib. Polis narkotik maddələrin qanunsuz ticarəti ilə məşğul olan ərazidə yoxlama keçirərkən atışma olub. 

Məlumata görə, 3 şübhəli tutulub, birinin isə axtarışı davam edir.

ABŞ prezidenti Donald Tramp hadisə ilə bağlı başsağlığı verib. 

Son xəbərlər

Orphus sistemi