ABŞ-da atışma olub, bir nəfər ölüb

ABŞ-da atışma olub, bir nəfər ölüb Naməlum şəxslər küçədə toplaşmış bir qrup şəxsə yaxınlaşaraq onlara atəş açıb
Digər ölkələr
25 mart 2017 07:10
ABŞ-da atışma olub, bir nəfər ölüb

Bakı. 25 mart. REPORT.AZ/ ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində baş verən atışma nəticəsində bir yeniyetmə həlak olub, altı nəfər yaralanıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, naməlum şəxslər küçədə toplaşmış bir qrup şəxsə yaxınlaşaraq onlara atəş açıb.

Nəticədə 15 yaşlı yeniyetmə həlak olub. Yaralananlardan 8 yaşlı uşağın vəziyyəti ağırdır. 

İstintaq atışmanı üç nəfərin tərətdiyini güman edir. Atəş açan şəxslər hadisə yerindən qaçıb. 

Son xəbərlər

Orphus sistemi