ABŞ-da atışma olub, altı nəfər yaralanıb

ABŞ-da atışma olub, altı nəfər yaralanıb ABŞ-da silahlı atışma olub. Report TASS-a istinadən xəbər verir ki, bu barədə “NBC” televiziya kanalı şəhər polisinə istinadən məlumat yayıb.
Digər ölkələr
22 Sentyabr , 2019 16:24
ABŞ-da atışma olub, altı nəfər yaralanıb

ABŞ-da silahlı atışma olub. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə “NBC” televiziya kanalı şəhər polisinə istinadən məlumat yayıb.

Hadisə İndiana ştatının İndianapolis şəhərində baş verib. Silah səslərinin eşidildiyi əraziyə gələn polis əməkdaşları, yeniyetmələr də daxil olmaqla güllə yarası alan altı nəfəri aşkar edib. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Polisin ehtimalına görə, silahlı hücumu bir nəfər törədib. Qeyd olunub ki, hazırda hücum edən şəxsin axtarışları davam edir.

Son xəbərlər

Orphus sistemi