ABŞ-da atışma olub, 13 nəfər xəsarət alıb

ABŞ-da atışma olub, 13 nəfər xəsarət alıb ABŞ-ın Çikaqo şəhərindəki fərdi evdə təşkil edilən şənlik mərasimi zamanı baş verən silahlı insident nəticəsində azı 13 nəfər yaralanıb.
Digər ölkələr
22 Dekabr , 2019 18:17
ABŞ-da atışma olub, 13 nəfər xəsarət alıb

ABŞ-ın Çikaqo şəhərindəki fərdi evdə təşkil edilən şənlik mərasimi zamanı baş verən silahlı insident nəticəsində azı 13 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, dörd nəfərin vəziyyəti ağırdır. Bütün xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Polis əməkdaşları artıq şübhəli şəxsi saxlayıblar. Onun üzərindən silah aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi