ABŞ-da atışma nəticəsində uşaq ölüb

ABŞ-da atışma nəticəsində uşaq ölüb Bakı. 31 dekabr. REPORT.AZ/ Amerikanın Texas ştatında naməlum şəxs içərisində qadın və dörd qızının olduğu avtomobilə atəş açıb.
Digər ölkələr
31 Dekabr , 2018 05:15
ABŞ-da atışma nəticəsində uşaq ölüb

Bakı. 31 dekabr. REPORT.AZ/ Amerikanın Texas ştatında naməlum şəxs içərisində qadın və dörd qızının olduğu avtomobilə atəş açıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şerifin ofisinə istinadən ABC13 telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə barədə məlumat şerif ofisinə bazar günü yerli vaxtla 7.15-də daxil olub. Beş nəfər "Walmart" mağazasından çıxıb gedən zaman naməlum şəxs onların maşınının qarşısını kəsib və atəş açmağa başlayıb.

Nəticədə 7 yaşlı qız uşağı ölüb, daha bir kiçik uşağa qəlpə dəyib. Onların anası əlindən güllə yarası alıb. Digər iki qız isə xəsarətsiz ötüşüb.

Polis cinayət işinin araşdırmasını davam etdirir.

Daha əvvəl də Texas ştatında, sakinlərdən birinin azyaşlı övladının ad günü münasibətilə keçirdiyi şənlik mərasimində atışma baş verib.

Son xəbərlər

Orphus sistemi