Bakı. 28 fevral. REPORT.AZ/ ABŞ-ın Virciniya ştatında baş verən atışma nəticəsində üç polis əməkdaşı odlu silah yarası alıb.
"Report" xəbər verir ki, bu barədə Prins-Uilyam dairəsi departamentinin "twitter" səhifəsi məlumat verib.
Aldığı yaralardan polis zabiti Eşli Qindon dünyasını dəyişib, onun həmkarları xəstəxanaya yerləşdirilib. Leyk-Ric adlı yerdə baş verən insidentin səbəbləri hələ açıqlanmır, araşdırma aparılır.
Şübhəli şəxsin saxlanıldığı və onun yaralanmadığı bildirilir.