ABŞ-da baş verən atışmada 2 nəfər ölüb, 6 isə yaralanıb

ABŞ-da baş verən atışmada 2 nəfər ölüb, 6 isə yaralanıb Atəş açan şəxs daha sonra intihar edib
Digər ölkələr
24 İyul , 2015 07:28
ABŞ-da baş verən atışmada 2 nəfər ölüb, 6 isə yaralanıb

Bakı. 24 iyul. REPORT.AZ/ ABŞ-ın Lafeyet şəhərində (Luiziana ştatı) naməlum şəxsin açdığı atəş nəticəsində iki nəfər həlak olub, azı altı nəfər yaralanıb.

"Report"un RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə kinoteatrda baş verib.

Məlumata əsasən, atəş açan şəxs daha sonra intihar edib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Son xəbərlər

Orphus sistemi