ABŞ-da artıq 147 nəfər Zika virusuna yoluxub

ABŞ-da artıq 147 nəfər Zika virusuna yoluxub Təhlükəli virusa yoluxan hamilə qadınların sayı isə ABŞ-da 9 nəfərdir
Digər ölkələr
28 Fevral , 2016 07:10
ABŞ-da artıq 147 nəfər Zika virusuna yoluxub

Bakı. 28 fevral. REPORT.AZ/ Zika virusunun yayıldığı ölkələrə səfər edərək yoluxan amerikalıların sayı 147 nəfərə çatıb.

"Report"-un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, təhlükəli virusa yoluxan hamilə qadınların sayı isə ABŞ-da 9 nəfərdir.

Onlardan biri ağır mikrosefaliya xəstəliyi ilə körpə dünyaya gətirib, ikisinin uşağı düşüb, iki qadın isə MRİ testinin ciddi döllərdə beyin problemini aşkarlamasından sonra abort etməli olub.

Xəstəliklərə Nəzarət Mərkəzindən doktor Denis Ceymisonun bildirdiyinə görə, hamilə qadınların bətnindəki körpələrin virusun ciddi təsirinə məruz qalacağı gözlənilmirdi. XNM daha 10 qadınla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi