ABŞ-da anomal soyuqlar və qarlı hava 16 nəfərin ölümünə səbəb olub

ABŞ-da anomal soyuqlar və qarlı hava 16 nəfərin ölümünə səbəb olub Bakı. 4 yanvar. REPORT.AZ/ ABŞ-da son bir həftə ərzində azı 16 nəfər anomal soyuqların və qarlı hava şəraitinin qurbanı olub.
Digər ölkələr
4 Yanvar , 2018 22:05
ABŞ-da anomal soyuqlar və qarlı hava 16 nəfərin ölümünə səbəb olub

Bakı. 4 yanvar. REPORT.AZ/ ABŞ-da son bir həftə ərzində azı 16 nəfər anomal soyuqların və qarlı hava şəraitinin qurbanı olub.

"Report" xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb. 

Əlverişsiz hava şəraiti ilə əlaqədar Viskonsində 6, Texasda 4, Şimali Karolinada 3 ölüm faktı qeydə alınıb.

Miçiqan, Missuri və Şimali Dakota ştatlarının hər birində kəskin soyuq və qarlı hava ilə əlaqədar 1 ölüm faktı qeydə alınıb. Telekanal qeyd edib ki, bu ştatlarda temperatur normadan 15-20 dərəcə aşağıdır. Məsələn, Missuri ştatının Sent-Luis şəhərində havanın hərarəti mənfi 13 dərəcədir.

Son xəbərlər

Orphus sistemi