ABŞ-da Ağ Evin qarşısında toqquşma olub, həbs edilənlər var - FOTO - VİDEO

ABŞ-da Ağ Evin qarşısında toqquşma olub, həbs edilənlər var - FOTO - VİDEO ABŞ-da Müstəqillik Gününda Ağ Evin yanında üç nəfər ölkə bayrağını yandırıb.
Digər ölkələr
5 İyul , 2019 03:29
ABŞ-da Ağ Evin qarşısında toqquşma olub, həbs edilənlər var - FOTO - VİDEO

ABŞ-da Müstəqillik Gününda Ağ Evin yanında üç nəfər ölkə bayrağını yandırıb.

Bu barədə “Report” “Washington Examiner” qəzetinə istinadən xəbər verir.

Bildirilir ki, həmin şəxslər bu əməllərinə görə həbs edilib. Məlumata görə, hadisə ABŞ lideri Donald Trampın Avram Linkolnun Memorialına gəlişindən 1 saat əvvəl baş verib.

Bayrağı solçu fəallar yandırıblar. Onlar həmin vaxt dövlət əleyhinə şüarlar da səsləndiriblər. Hadisə sağçılarla solçular arasında toqquşmaya səbəb olub. Polis hətta Ağ Evin ətrafındakı ərazinin bir hissəsini əhatəyə alıb. 

Son xəbərlər

Orphus sistemi