ABŞ-da Ağ Evin baş məsləhətçisi dindirilib

ABŞ-da Ağ Evin baş məsləhətçisi dindirilib Stiven Millerin FTB-nin keşmiş rəhbəri Ceyms Kominin işdən çıxarılması ilə bağlı məsələdə rolu olub
Digər ölkələr
10 Noyabr , 2017 15:33
ABŞ-da Ağ Evin baş məsləhətçisi dindirilib

Bakı. 10 noyabr. REPORT.AZ/ ABŞ-da xüsusi prokuror Robert Müllerin komandası "Rusiya işi"nin araşdırılması çərçivəsində Ağ Evin baş məsləhətçisi Stiven Milleri dindirib.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, Stiven Millerin Federal Təhqiqatlar Bürosunun keşmiş rəhbəri Ceyms Kominin işdən çıxarılması ilə bağlı məsələdə rolu olub.

Eyni zamanda ABŞ prezidentinin xarici siyasət üzrə müşaviri Corc Papadopulosun rusiyalı rəsmilərlə görüş təşkil etmək təklifinin müzakirə edildiyi yığıncaq məsələsi müzakirə olunub. Müşavir S.Miller də dindirilmədə iştirak edib.

ABŞ KİV-i Trampın bu ilin əvvəlində C.Komini vəzifəsindən azad etmək istəyini izah etməsiylə bağlı qeydi qələmə alarkən S.Millerin ona yardım göstərdiyini iddia edir. 

Son xəbərlər

Orphus sistemi