ABŞ-da Ağ ev ərazisinə keçmək istəyən naməlum şəxs saxlanılıb

ABŞ-da Ağ ev ərazisinə keçmək istəyən naməlum şəxs saxlanılıb Analoji hadisə mayın 17-də də baş vermişdi
Digər ölkələr
1 İyun , 2017 02:14
ABŞ-da Ağ ev ərazisinə keçmək istəyən naməlum şəxs saxlanılıb

Bakı. 1 iyun. REPORT.AZ/ ABŞ-ın Məxfi Xidməti hasardan aşaraq Ağ ev ərazisinə keçmək istəyən naməlum şəxsi saxlayıb.

"Report" xəbər verir ki, bu barədə idarənin "Twitter" səhifəsinə yerləşdirilən məlumatda bildirilir.

Həmçinin qeyd olunur ki, Ağ evin təhlükəsizlik rejimi artıq bərpa olunub, küçə piyadaların keçidi üçün açıqdır.

Xüsusi xidmət orqanları mayın 17-də də analoji hadisənin qarşısını almışdılar.

Son xəbərlər

Orphus sistemi