ABŞ-da 7 yaşlı məktəbli polis tərəfindən saxlanılıb - VİDEO

ABŞ-da 7 yaşlı məktəbli polis tərəfindən saxlanılıb - VİDEO Bakı. 28 yanvar. REPORT.AZ/ ABŞ-ın Mayami şəhərinin polisi 7 yaşlı şagirdi məktəbdə özünü pis apardığına görə saxlayıb.
Digər ölkələr
28 Yanvar , 2018 12:46
ABŞ-da 7 yaşlı məktəbli polis tərəfindən saxlanılıb - VİDEO

Bakı. 28 yanvar. REPORT.AZ/ ABŞ-ın Mayami şəhərinin polisi 7 yaşlı şagirdi məktəbdə özünü pis apardığına görə saxlayıb.

"Report" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Xəbərdə bildirilir ki, o, əvvəlcə polis bölməsinə, sonra psixatrik klinikaya aparılıb.

Məktəblinin anasının sözlərinə görə, şagird məktəbdə müəllimini vurduqdan sonra saxlanılıb. Şagirdi təhsil müəssisəsindən qandalla aparıblar.

Saxlanılan şəxsin anası bildirib ki, bu, polisin özbaşınalığıdır. O, məktəblini müdafiə etməyə çalışır və bildirir ki, oğlu özünü tam sakit aparıb. 

Son xəbərlər

Orphus sistemi