ABŞ-da 56 mindən çox yeni yoluxma aşkar edilib

ABŞ-da 56 mindən çox yeni yoluxma aşkar edilib ABŞ-da son sutka ərzində 56336 nəfərdə yeni növ koronavirusa yoluxma halı qeydə alınıb.
Digər ölkələr
28 iyul 2020 12:01
ABŞ-da 56 mindən çox yeni yoluxma aşkar edilib

ABŞ-da son sutka ərzində 56 336 nəfərdə yeni növ koronavirusa yoluxma halı qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə federal və yerli hökumət orqanlarının, eləcə də media və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universitetinin hesabatında deyilir.

Məlumata görə, son bir gün ərzində 1 076 nəfər COVID-19-un qurbanı olub.

Bununla da ölkədə pandemiya dövründə 4 294 770 nəfər koronavirusa yoluxub, 148 mindən çox insan ölüb.

Son xəbərlər

Orphus sistemi