ABŞ-da 535-dən çox şəxsə qarşı Kapitoliyə hücum ittihamı irəli sürülüb

ABŞ-da 535-dən çox şəxsə qarşı Kapitoliyə hücum ittihamı irəli sürülüb ABŞ-ın sabiq prezidenti Donald Tramp tərəfdarlarının Kapitoliyə hücumundan arxada qalan 6 ay ərzində 535 nəfərdən çox şəxsə qarşı qeyri-qanuni əməldə iştirak ittihamı irəli sürülüb.
Digər ölkələr
7 İyul , 2021 12:03
ABŞ-da 535-dən çox şəxsə qarşı Kapitoliyə hücum ittihamı irəli sürülüb

ABŞ-ın sabiq prezidenti Donald Tramp tərəfdarlarının Kapitoliyə hücumundan arxada qalan 6 ay ərzində 535-dən çox şəxsə qarşı qeyri-qanuni əməldə iştirak ittihamı irəli sürülüb.

Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, 495 nəfərə qarşı mühafizə olunan federal binaya və bitişik əraziyə daxil olmaq və orada qalmaq ittihamı, 235 nəfərə qarşı məhkəmə araşdırmasına mane olmaq və ona təsir göstərmək və ya qeyd olunan əməlləri etməyə cəhd etmək ittihamı, 165 nəfərə qarşı polis və xidmətçilərə hücum etmək və ya onlara müqavimət göstərmək ittihamı, 6 nəfərə qarşı isə KİV nümayəndələrinə hücum etmək və onların texniki vasitələrinə və aparatlarına zərər vurmaq ittihamı irəli sürülüb. Bu şəxslərin bir qismi eyni zamanda, bir neçə qanundankənar əməl törətməkdə ittiham olunur.

Nazirlikdən bildiriblər ki, qeyd olunan 535 nəfərdən 10 nəfəri günahlarını etiraf edib.

Son xəbərlər

Orphus sistemi