ABŞ-da 50 turist zəhərlənib

ABŞ-da 50 turist zəhərlənib Bakı. 2 aprel. REPORT.AZ/ ABŞ-ın paytaxtı Vaşinqtonun mərkəzində, təxminən, 50 yeniyetmə turist qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Digər ölkələr
2 Aprel , 2018 18:02
ABŞ-da 50 turist zəhərlənib
РИА Новости

Bakı. 2 aprel. REPORT.AZ/ ABŞ-ın paytaxtı Vaşinqtonun mərkəzində, təxminən, 50 yeniyetmə turist qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Kolumbiya dairəsinin yanğınsöndürmə xidməti və təcili tibbi yardım departamentindən verilən məlumata görə, Vaşinqtondakı "Harrington" hotelində baş vermiş hadisə nəticəsində 48 yeniyetmə və 3 böyük insan xəstəxanaya çatdırılıb.

Yerli KİV isə yazıb ki, bəzi xəstələr zəhərlənmənin ilk əlamətlərini hələ ABŞ paytaxtına gəlməmişdən əvvəl Nyu-Yorkda hiss edib.

Vaşinqtonda turistlər Ağ Evdən beş məhəllə uzaqlıqda olan "Harrington" hoteldə məskunlaşıblar. Turistlərin ABŞ-a Londondan gəldiyi ehtimal olunur.

Son xəbərlər

Orphus sistemi