ABŞ-da 50 nəfərin qatili həbsxanada döyülərək öldürülüb

ABŞ-da 50 nəfərin qatili həbsxanada döyülərək öldürülüb "Ölüm mələyi" ömürlük həbs cəzasına məhkum edilmişdi
Digər ölkələr
31 Mart , 2017 04:48
ABŞ-da 50 nəfərin qatili həbsxanada döyülərək öldürülüb

Bakı. 31 mart. REPORT.AZ/ Amerikalı silsilə qətllər törətmiş "Ölüm mələyi" ləqəbli Donald Harvi 50 nəfəri qətlə yetirdiyinə görə, ömürlük cəza çəkdiyi həbsxanada döyülərək öldürülüb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Donald Harvi 1970-1980-ci illərdə Sinsinnati (Ohayo ştatı) və London (Kentukki ştatı) şəhər xəstəxanalarında sanitar işləyib. O, qurbanlarının əksəriyyətini yeməklərinə zəhər qatmaqla öldürüb. Bəzi xəstələr cinayətkar onların süni nəfəs aparatını söndürdüyü üçün boğuralaq ölüblər.

Altımış dörd yaşlı Harvi çərşənbə axşamı cəza çəkdiyi Tolido şəhər həbsxanasında döyülüb. İki gün sonra isə vəfat edib.

Son xəbərlər

Orphus sistemi