​ABŞ-da 5 nəfər iki naməlum şəxs tərəfindən güllələnib

​ABŞ-da 5 nəfər iki naməlum şəxs tərəfindən güllələnib Atəş açanlar hələ də azadlıqdadırlar
Digər ölkələr
6 İyun , 2015 07:09
​ABŞ-da 5 nəfər iki naməlum şəxs tərəfindən güllələnib

Bakı. 06 İyun. REPORT.AZ/ ABŞ-ın Luiziana ştatında iki naməlum şəxs 5 nəfəri güllələyib.

"Report" xəbər verir ki, bu barədə Press TV məlumat yayıb.

İnsident ötən günün ikinci yarısında New Orleanda baş verib.

Polisin məlumatına görə, canilər dörd kişini şəhərin bir yerində yaralayıblar, digər zərərçəkən isə altı məhəllə aralıda tapılıb.

Atəş açanlar hazırda azadlıqdadırlar, onlarla polis əməkdaşı onların axtarışı ilə məşğuldur.

Son xəbərlər

Orphus sistemi