Bakı. 9 oktyabr. REPORT.AZ/ ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizədlərin ilk ictimai müzakirələri, ehtimal ki, səsvermə günündən il yarım öncə, gələn ilin yazından aparılmağa başlanacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Demokratlar Partiyasının xadimi, ABŞ-ın sabiq prezidenti Barak Obamanın sabiq müşaviri Devid Akselroda istinadən "2020 Elections Central" internet-portalı məlumat yayıb.
"Ən gec yazın əvvəlində müzakirələr baş tutacaq. Hesab edirəm ki, ən çox ehtimal edilən vaxt – gələn ilin birinci rübüdür. Demokratlar Partiyasında düşünürlər ki, bu işi uzatmaq olmaz, bundan əlavə, potensial namizədlər arasında da eyni əhval-ruhiyyə hökm sürür", - deyə o bildirib.