ABŞ-da 15 mindən çox sərnişinin olduğu 3 gəmi qasırğa səbəbindən Texasa qayıda bilməyib

ABŞ-da 15 mindən çox sərnişinin olduğu 3 gəmi qasırğa səbəbindən Texasa qayıda bilməyib Hazırda "Carnival Freedom" və "Carnival Valor" gəmiləri dənizdədirlər
Digər ölkələr
26 Avqust , 2017 06:20
ABŞ-da 15 mindən çox sərnişinin olduğu 3 gəmi qasırğa səbəbindən Texasa qayıda bilməyib

Bakı. 26 avqust. REPORT.AZ/ ABŞ-ın "Carnival Cruise Line" şirkətinin 15 mindən çox sərnişini daşıyan 3 gəmisi yaxınlaşmaqda olan "Harvi" qasırğası səbəbindən Texas ştatının Halveston şəhərinə qayıda bilməyib.

"Report"un məlumatına görə, bu barədə "Qazeta.ru "Associated Press"ə istnadən xəbər verib.

Bildirilir ki, hazırda "Carnival Freedom" və "Carnival Valor" gəmiləri dənizdədirlər. Gəmilərin heyət üzvləri qasırğadan təhlükəsiz məsafədə dənizdə qalmağı qərara alıb.

Onlar ehtiyat tədbirləri üçün Yeni Orleanda dayanmağı planlaşdırılır.

"Carnival Breeze" gəmisi isə təbii hadisəni Meksika sularında gözləməli olacaq.

Son xəbərlər

Orphus sistemi