ABŞ-da 11 sentyabr terror aksiyaları qurbanlarının xatirəsi anılır

ABŞ-da 11 sentyabr terror aksiyaları qurbanlarının xatirəsi anılır Amerikalılar 4 təyyarə ilə həyata keçirilən hücumlarda həlak olanların xatrəsini anıb
Digər ölkələr
12 Sentyabr , 2015 00:35
ABŞ-da 11 sentyabr terror aksiyaları qurbanlarının xatirəsi anılır

Bakı. 12 sentyabr. REPORT.AZ/ ABŞ-da 11 sentyabr terror aksiyalarının 14-cü ildönümüdür.

"Report" Amerikanın səsinə istinadən xəbər verir ki, amerikalılar 4 təyyarə ilə həyata keçirilən hücumlarda həlak olanların xatrəsini anıb.

2 təyyarə Dünya Ticarət Mərkəzinin 2 binasını, 1-i Pentaqonu, digəri isə Pennsilvaniyanın Şanksvill sahəsini hədəf almışdı.

Nyu-Yorkda Dünya Ticarət Mərkəzinə qarşı terror hadisəsində həlak olanların xatirəsi onların adları oxunmaqla anılıb.

ABŞ prezidenti və birinci xanım Barak və Mişel Obamalar Ağ Evin həyətində bir dəqiqəlik sükutla həlak olanları yad edib.

Pentaqon və Pennsilvaniyada özəl mərasimlər təşkil edilib.

2001-ci il hücumları nəticəsində Pentaqonda 184, Nyu-York, Vaşinqton və Şanksvildə 3000-ə yaxın insan həlak olub.

Son xəbərlər

Orphus sistemi