ABŞ-da 11 sentyabr hadisələrinə görə 3,7 milyard dollar təzminat ödənilib

ABŞ-da 11 sentyabr hadisələrinə görə 3,7 milyard dollar təzminat ödənilib Bakı. 11 may. REPORT.AZ/ ABŞ-da 2001-ci il sentyabrın 11-də baş verən terror hücumları qurbanları üçün kompensasiya fondu zərərçəkmişlərə, təqribən, 3,7 milyard ABŞ dolları ödəyib.
Digər ölkələr
11 May , 2018 12:49
ABŞ-da 11 sentyabr hadisələrinə görə 3,7 milyard dollar təzminat ödənilib
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ ABŞ-da 2001-ci il sentyabrın 11-də baş verən terror hücumları qurbanları üçün kompensasiya fondu zərərçəkmişlərə, təqribən, 3,7 milyard ABŞ dolları ödəyib.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, fiziki və mənəvi ziyana görə 16,8 min nəfər, o cümlədən Ümumdünya Ticarət Mərkəzinin qüllələrinin yaxınlığında yaşayan və işləyənlər kompensasiya alıblar.

Ümumilikdə təzminat üçün fonda 35 min ərizə ilə müraciət olunub, 19 min müraciət əsaslı sayılıb.

Fondun əsas hamisi Rupa Bhattaçariyanın sözlərinə görə, ildən-ilə 11 sentyabr hadisələri ilə bağlı xəstəliklərin sayı artmaqdadır və bu səbəbdən təzminat tələbi ilə müraciət edənlərin də sayı artır. Fond müraciətləri 2020-ci ilin dekabr ayına qədər qəbul edəcək.

Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də terrorçuların ələ keçirdiyi iki sərnişin təyyarəsi Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzinin qüllələrinə, Vaşinqtonda isə Pentaqona çırpılıb və təxminən. 3 min nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi