ABŞ Çinin Tayvanla bağlı addımlarını cavabsız qoymayacaq

ABŞ Çinin Tayvanla bağlı addımlarını cavabsız qoymayacaq ABŞ Pekinin etirazlarına baxmayaraq Tayvanla əlaqələri dərinləşdirməyə söz verib.
Digər ölkələr
13 Avqust , 2022 05:49
ABŞ Çinin Tayvanla bağlı addımlarını cavabsız qoymayacaq

ABŞ Pekinin etirazlarına baxmayaraq Tayvanla əlaqələri dərinləşdirməyə söz verib.

Bu barədə “Report” Ağ Evə istinadən xəbər verir.

Qeyd olunub ki, ABŞ “Vahid Çin” siyasətini davam etdirir, Tayvanın müstəqilliyini dəstəkləmir və regionda sülhə çağırır.

Ağ Ev iddia edir ki, Çin Xalq Respublikası (ÇXR) ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı təxribatçı, sabitliyi pozan və görünməmiş addımlar atmaqda davam edir.

Birləşmiş Ştatlar ÇXR-in hərəkətlərini nəzərə alaraq Asiya-Sakit okean regionunda sabitliyi qorumaq üçün yaxın həftələr və aylarda addımlar atmaq niyyətindədir.

Bildirilib ki, ABŞ yaxın günlərdə Tayvanla ticarət danışıqları üçün iddialı yol xəritəsini açıqlamağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi