ABŞ "Huawei" şirkətini qara siyahıya salıb

ABŞ "Huawei" şirkətini qara siyahıya salıb
Digər ölkələr
74
16 May , 2019 03:35
ABŞ Huawei şirkətini qara siyahıya salıb

ABŞ-ın Ticarət Nazirliyi Çinin "Huawei" şirkətini və onun 70 bölməsini qara siyahıya daxil edəcək.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti bildirib.

Qərar onuna əsaslandırılır ki, "Huawei" ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasət maraqlarına zidd fəaliyyətdə iştirak edirlər.

İndi "Huawei"in hər hansı avadanlığını satan Amerika istehsalçıları ölkə hakimiyyətinin lisenziyasını almalıdırlar. 

Daha əvvəl Amerika tərəfi "Huawei" şirkəti və onun maliyyə direktoru Men Vançjouya qarşı rəsmi olaraq ittiham irəli sürüb.