ABŞ Çinin 5 şirkətini "qara siyahı"ya daxil edib

ABŞ Çinin 5 şirkətini "qara siyahı"ya daxil edib ABŞ Huaweidən sonra Çinin daha 5 şirkətini qara siyahıya daxil edib.
Digər ölkələr
22 İyun , 2019 02:31
ABŞ Çinin 5 şirkətini qara siyahıya daxil edib

ABŞ "Huawei"dən sonra Çinin daha 5 şirkətini "qara siyahı"ya daxil edib.

Bu barədə "Report" "Bloomberg"ə istinadən xəbər verir.

Qeyd edilir ki, məhdudlaşdırıcı tədbirlərin tətbiq edildiyi təşkilatlara Amerika mallarını almaq, xidmətlərdən istifadə etmək qadağan olunur. ABŞ-ın Ticarət Nazirliyinin qara siyahısına "Chengdu Haiguang Microelectronics Technology", "Chengdu Haiguang Integrated Circuit", "Sugon", Higon" və Kompüter Texnologiyaları üzrə Çzyann universiteti salınıb. 

Müəssisənin qara siyahısına düşənlər yüksək sürətli hesablamalara malik kompüter istehsalında liderlik edirlər. İndi ABŞ-da bu şirkətlərlə yalnız lisenziya almış firmalar əməkdaşlıq edə biləcəklər.

Son xəbərlər

Orphus sistemi