ABŞ Çini “qırmızı” siyahıya salaraq vətəndaşlarından bu ölkəyə getməməyi tələb edib

ABŞ Çini “qırmızı” siyahıya salaraq vətəndaşlarından bu ölkəyə getməməyi tələb edib ABŞ Dövlət Departamenti yeni koronavirus təhlükəsi ilə əlaqədar Çini qırmızı ölkələr siyahısına salıb.
Digər ölkələr
31 Yanvar , 2020 07:28
ABŞ Çini “qırmızı” siyahıya salaraq vətəndaşlarından bu ölkəyə getməməyi tələb edib

ABŞ Dövlət Departamenti yeni koronavirus təhlükəsi ilə əlaqədar Çini "qırmızı" ölkələr siyahısına salıb.

Bu barədə “Report” Birləşmiş Ştatların Dövlət Departamentinin saytına istinadən xəbər verir.

Bununla da Çin ABŞ vətəndaşlarının səfər edilməsi qəti surətdə tövsiyə olunmayan ölkələr siyahısına düşüb.

"İlk dəfə Uhanda aşkar edilmiş Yeni koronavirusa görə Çinə getməyin", - bəyanatda deyilir. Çin səyahətçilər üçün təhlükənin son - 4-cü səviyyəsi olan qırmızı rənglə göstərilib.

Çində olan ABŞ vətəndaşlarına artıq ölkəni tərk etmək tövsiyə olunur.

Daha əvvəl Dövlət Departamenti koronavirus epidemiyasıyla əlaqədar ABŞ-ın Çin Xalq Respublikasındakı Konsulluğunun və Səfirliyin əməkdaşlarının təxliyyəsinə icazə verib.

Son xəbərlər

Orphus sistemi