ABŞ Çinə qarşı yeni sanksiyalar tətbiq edə bilər

ABŞ Çinə qarşı yeni sanksiyalar tətbiq edə bilər Bakı. 20 dekabr. REPORT.AZ/ ABŞ Ədliyyə Nazirliyi Çinin dövlət qurumları ilə bağlı olduğu iddia edilən haker qrupuna rəsmi Vaşinqton və başqa ölkələrə qarşı kiberxəfiyyəlik fəaliyyəti göstərmək ittihamı irəli sürmək niyyətindədir.
Digər ölkələr
20 Dekabr , 2018 21:09
ABŞ Çinə qarşı yeni sanksiyalar tətbiq edə bilər

Bakı. 20 dekabr. REPORT.AZ/ ABŞ Ədliyyə Nazirliyi Çinin dövlət qurumları ilə bağlı olduğu iddia edilən haker qrupuna rəsmi Vaşinqton və başqa ölkələrə qarşı kiberxəfiyyəlik fəaliyyəti göstərmək ittihamı irəli sürmək niyyətindədir.

“Report” “The Washington Post”a istinadən xəbər verir ki, bununla bağlı ABŞ hökuməti Çinə qarşı yeni iqtisadi sanksiyalar tətbiq etməyi düşünür.

“Bu ölkələr uzun müddət xəfiyyə hücumlarına məruz qalıb. Çinli hakerlər kibertəhlükəsizlik sahəsində dövlət qurumlarına, iri şirkətlərə xidmətlər göstərən özəl şirkətlərin şəbəkələrini dağıdıblar”, - deyə Qərb ölkələrinin hökumət mənbələrinə istinadən bildirilir.

Xatırladaq ki, bu il oktyabrın 30-da ABŞ Ədliyyə Nazirliyi Çin kəşfiyyatının bəzi əməkdaşlarını sənaye xəfiyyəliyində ittiham etmişdi.

Son xəbərlər

Orphus sistemi