ABŞ Çin və Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq etdi

ABŞ Çin və Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq etdi Həmin şirkətlər bundan sonra ABŞ mənşəli bir sıra məhsul və texnologiyaları yalnız lisenziya vasitəsilə əldə edəcək.
Digər ölkələr
22 Dekabr , 2020 13:29
ABŞ Çin və Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq etdi
0 : 00
0 : 00

ABŞ hökuməti 58 Çin və 45 Rusiya şirkətinə qarşı hərbi təyinatlı məhsulların Çin, Rusiya, Venesuela kimi ölkələrə ixrac, təkrar ixrac, ötürmə fəaliyyətlərinə görə sanksiya tətbiq edib.

“Report” bu barədə ABŞ Ticarət Departamentinə istinadən xəbər verir.

Həmin şirkətlər bundan sonra ABŞ mənşəli bir sıra məhsul və texnologiyaları yalnız lisenziya vasitəsilə əldə edəcək.

Ticarət katibi Uilbor Ross bununla bağlı deyib:

“Bu addım hərbi müqavilə bağlayanların müvafiq siyahıya salınmasında yeni mərhələ olub ixracatçılara müştərilərin hərb üzrə fəaliyyətlərini izləməyə kömək olacaq. Departament yerli və əcnəbi şirkətlərlə tərəfdaşlıq əlaqələrinin Çin və Rusiya tərəfindən sabitsizləşdirici hərbi proqramlarında, o cümlədən kommunist Çin hərbi şirkətlərilə əlaqəli Müdafiə Departamentinin qeydə alındığı fəaliyyətlərə qarşı mübarizə üçün istifadənin əhəmiyyətli olduğuna inanır”.

Son xəbərlər

Orphus sistemi