ABŞ Cənubi Koreyaya Patriot raketlərinin batareyalarını yerləşdirir

ABŞ Cənubi Koreyaya Patriot raketlərinin batareyalarını yerləşdirir Bu addım Şimaldan gələ biləcək mümkün hücumlara hazırlıq deməkdir
Digər ölkələr
13 Fevral , 2016 23:14
ABŞ Cənubi Koreyaya Patriot raketlərinin batareyalarını yerləşdirir

Bakı. 13 fevral. REPORT.AZ/ ABŞ müvəqqəti olaraq Cənubi Koreyaya Patriot raketlərinin batareyalarını yerləşdirir.

"Report" "Amerikanın səsi"nə istinadən xəbər verir ki, bu addım Şimali Koreyanın nüvə silahı və uzunmənzilli raket sınaqlarına cavab mahiyyəti daşıyır.

Ordu generalı Tomas Vandalın bildirdiyinə görə, bu addım Şimaldan gələ biləcək mümkün hücumlara hazırlıq deməkdir.

Seulun müdafiə rəsmiləri gələcək həftələr ərzində əlavə müdafiə təchizatının Cənubi Koreyaya yerləşdirilməsinə dair ABŞ-la Cənubi Koreya arasında danışıqlar keçiriləcəyini təsdiq edib.

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın uzu mənzilli raketi sınağı keçirməsini kəskin qınayıb.

Pxenyan peyk adlandırdığı raketin ölkənin şimal-qərb bölgəsində Çinlə sərhəd yaxınlığındakı Tonqçanqri peyk mərkəzindən buraxıldığını bildirib.

Son xəbərlər

Orphus sistemi