ABŞ, Cənubi Koreya və Yaponiya Koreya yarımadası ilə bağlı bəyanat yayıblar

ABŞ, Cənubi Koreya və Yaponiya Koreya yarımadası ilə bağlı bəyanat yayıblar ABŞ, Cənubi Koreya və Yaponiya Koreya yarımadasının nüvəsizləşdirilməsinə sadiqliklərini bildiriblər
Digər ölkələr
3 Aprel , 2021 02:45
ABŞ, Cənubi Koreya və Yaponiya Koreya yarımadası ilə bağlı bəyanat yayıblar

ABŞ, Cənubi Koreya və Yaponiya Koreya yarımadasının nüvəsizləşdirilməsinə sadiqliklərini bildiriblər.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, Cənubi Koreya Prezidenti Administrasiyasının Milli Təhlükəsizlik İdarəsinin rəisi So Xun, Yaponiyanın Milli təhlükəsizlik üzrə Şurasının Baş katibi Siqeru Kitamuro Ağ Evin birgə bəyanatına imza atıblar.

"Milli təhlükəsizlik üzrə köməkçilər Şimali Koreyanın nüvə, ballistik raket proqramları ilə bağlı narahatlıqlarını bölüşüblər və bu məsələlərin (nüvəsizləşdirmə) koordinasiyalı üçtərəfli əməkdaşlıq yolu ilə həllinə sadiq olduqlarını təsdiqlədilər", - deyə sənəddə bildirilir.

Son xəbərlər

Orphus sistemi