ABŞ prezidenti Cənubi Koreya ilə ticarət razılaşmasını pozmağa hazırlaşır

ABŞ prezidenti Cənubi Koreya ilə ticarət razılaşmasını pozmağa hazırlaşır Prosesin gələn həftə başlayacağı ehtimal edilir
Digər ölkələr
3 Sentyabr , 2017 03:57
ABŞ prezidenti Cənubi Koreya ilə ticarət razılaşmasını pozmağa hazırlaşır

Bakı. 3 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp müşavirlərinə Birləşmiş Ştatların Cənubi Koreya ilə azad ticarət haqqında müqavilədən çıxışı layihəsini hazırlamağı xahiş edib.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post" vəziyyətlə tanış olan məmurlara istinadən yazır.

Qəzetin qeyd etdiyi kimi, proses ehtimal ki, gələn həftə başlayacaq.

Bildirilir ki, bu tədbir Amerika sənayesinə kömək etmək cəhdi ilə bağlı ola bilər, ancaq Seulun buna ABŞ-a çatdırılan malların tariflərinin artımıyla cavab verəcəyi gözlənilir.

Nəşrin məlumatına görə, Ağ Evin məsul əməkdaşları, o cümlədən Pentaqon rəhbəri Ceyms Mettis və milli təhlükəsizlik üzrə müşavir Herbert Makmaster prezidenti belə addımdan çəkinməyə çağırır.

Xatırladaq ki, rəsmi Vaşinqtonla Seul arasında ticarət razılaşması 2007-ci ildə imzalanıb və 2012-ci ildə qüvvəyə minib.

Daha əvvəl bildirilib ki, ABŞ Cənubi Koreya "strateji" müdafiə vasitələrini yerləşdirə bilər. Lakin Seul bunu inkar edib.

Son xəbərlər

Orphus sistemi