Yuxarı
    Bağlamaq

    ABŞ Cənubi Çin dənizinə raket esminesi göndərib

    Bu addım KXDR ilə artan gərginlik fonunda atılıb

    Bakı. 14 aprel. REPORT.AZ/ ABŞ "Stethem" raket esminesini Cənubi Çin dənizinə göndərib.

    "Report" xəbər verir ki, bu barədə cümə günü Amerika Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

    Bu addım Şimali Koreyanın nüvə sınaqları keçirməsi ilə bağlı artan gərginlik fonunda atılıb.

    "Yokosukada (Yaponiya) lövbər salan "Stethem" raket eskadra mina gəmisi Cənubi Çin dənizində mühafizə əməliyyatları aparır", - deyə məlumatda qeyd olunur.

    Donanma nümayəndəsi Robert Klin bildirib ki, bu ezamiyyət heyət üzvlərinin əsas regionlarda əməliyyat həyata keçirmək üzrə mühüm təcrübə toplamalarına imkan yaradacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi