ABŞ bütün diplomatlarını İraqdan çıxarır

ABŞ bütün diplomatlarını İraqdan çıxarır ABŞ əməliyyat xidməti ilə əlaqədar olmayan bütün hökumət məmurlarını, Bağdaddakı səfirliyin və Ərbildəki konsulluğun diplomatik heyətini İraqdan çıxarır.
Digər ölkələr
15 May , 2019 12:16
ABŞ bütün diplomatlarını İraqdan çıxarır

ABŞ əməliyyat xidməti ilə əlaqədar olmayan bütün hökumət məmurlarını, Bağdaddakı səfirliyin və Ərbildəki konsulluğun diplomatik heyətini İraqdan çıxarır.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı ABŞ-ın İraqdakı səfirliyi yayıb.

“Dövlət Departamenti fövqəladə vəziyyətlə əlaqədar olmayan bütün dövlət qulluqçularının Bağdaddakı səfirlikdən və Ərbildəki konsulluqdan çıxarılması barədə göstəriş verib”, - səfirliyin rəsmi açıqlamasında vurğulanıb.

Müvəqqəti olaraq standart viza xidməti də dayandırılıb.

Qeyd edək ki, ABŞ-ın əməkdaşlarının sayına və ərazisinə görə ən böyük səfirliyi Bağdadda yerləşir. 

Son xəbərlər

Orphus sistemi